Riçard Brotiqan (1935-1984) Amerika yazıçı və şairi. “Amerikada balıq ovu” romanının müəllifi
SON İSTİQAMƏT
Ölüm hökmü –
gecə yarısı
yad şəhərdə avtostop kimidi…
soyuqdur,
yağış yağır,
sən isə yenə təksən…
***
İNTİZAR
Bunlar-illər boyu
onun öpüşlərindən topladığım çiçək dəstələridir…
Onları
sübh şəfəqlərindən düzəlmiş güldanda saxladım.
Amma gözləməyə dəyərdi…
Sevirdim axı…
***
MÖCÜZƏLİ GÜNLƏRDƏ DAYANDIQ
Möcüzəli günlərdə dayandıq
və düşdük maşından.
Külək saçlarında dolaşırdı
Bu o qədər sadə idi ki…
Nəsə demək üçün döndərdim üzümü…
Rus dilindən tərcümə edən – Xatirə Nurgül
2015 tərcümələri