Aleksandr Kuprin – YUXULAR


kuprin
I
Uşaqlıqda olduqca qəribə bir yuxu məni tez-tez ziyarət edirdi. Əksərən pəncərədən uzun müddət küçəyə baxdığım ərəfələrdə baş verən bu hadisə zamanı adamlar ora-bura qaçışır, görüşür, bir-birinin yanından keçərkən dayanır, gülümsəyir, bir-birinə əl yelləyirdi. İtaətkar atlara qoşulu ekipajlar guruldayır, qadınlar, kişilər, uşaqlar, itlər – bütün bu sadaladıqlarım dayanmadan, saatlarla küçədə axın edirdi.

Elə həmin zaman mənə elə gəlməyə başladı ki, insanların özlərini qayğıkeş, tələskən, biganə və yad göstərməsinə səbəb xatırlamaq hissini yadırğayaraq, hansısa böyük, nəhəng və əzəmətli nəyisə unutmalarıdır. Düşünürdüm ki, tezliklə o gün yetişəcək – qısa, ani bir zaman ərzində, unudulmuş hansısa yeganə və gözəl hadisə bütün dünyaya yayılacaq və hər kəs olduğu yerdə dayanacaq. İnsanlar, evlər, kaminlər, səmadakı buludlar, hamı, hər şey – canlı, cansız təəccüblə baxacaq, susacaq və dinləməyə başlayacaq. Və həmin zaman Məhşərə çağıran Mələyin suru dünyanın üzərində çalınacaq. Oxumağa davam et

xatire nurgul tərəfindən TƏRCÜMƏ kateqoriyasında dərc edildi

Gecə qaralaması – Xatirə Nurgül


3863

Gecə, saat 3:50,
yenə yuxusuz şair.
Hüznlü dodaqlarım
sükuta şeir deyir…

Gecə, saat da keçmir,
qar da yağır bayaqdan…
Üşüyən pəncərələr
uğuldayır bayaqdan.

Tənhalığın əlindən
yalnız üzülmək olar. Oxumağa davam et

xatire nurgul tərəfindən ŞEİRLƏRİM kateqoriyasında dərc edildi

Sergi atanın qələbəsi – Xatirə Nurgül


tolstoi-lnİnsanda mənəvi saflıq Tanrı tərəfindən bəxş edilmiş istedad kimidir. Heç bir etirafa, etiraza gərək duymayan ruhun sahibi büllur kimi saf daxili dünyanın daşıyıcısıdır. O, həm də təvazökar və səmimidir. Tanrı ilə bərabər, həm də Onun yaratdıqlarını, ən başlıcası isə insanları sevir. Dünyaya sevgi ilə baxan, nəfsinə, tamahına sahib çıxan kəslər müqəddəslik pilləsinə çatmaq imkanını qazanmış olur.

Amma qeyd etdiyim müddəalar üzrə yazdıqlarıma bir mühüm ştrix də əlavə olunmalıdır –bu, insan olaraq daxili dünyanı kirlənməkdən, ləkələnməkdən qorumağın mümkünsüzlüyünü etiraf etməkdir. Yəni həyatın istənilən nöqtəsində, küncündə, dalanında, lap ən müqəddəs hesab edilən məkanında belə günahdan uzaq durmaq qeyri-mümkündür. Bəs nə etməli? Oxumağa davam et

xatire nurgul tərəfindən Esse kateqoriyasında dərc edildi Etiketləndi ,

Türk şairəsi Yelda Karataşla müsahibə


1Türk şairəsi, ssenaristi Yelda Karataş 14 yanvar 1954-cü ildə Türkiyənin Zonquldak əyalətində dünyaya göz açıb. Ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. “Ürpərmə” adlı ilk şeir kitabı 1996-cı ildə Orhan Murad Arıburnu mükafatına, ikinci kitabı “Alacaydınlıq” Dünya Qlobus şeir mükafatına layiq görülüb. “Ənəl eşq”, “Bir qadının qələmindən Şəms ilə Mövlanə”,  “Zəfəran çiçəyi” kimi şeir və hekayə kitabları işıq üzü görmüşdür. Sezen Aksunun “Deli kızın öyküsü”, “İşık doğudan yükselir” albomlarındakı mahnıların bir çoxunun mətnlərinin müəllifidir.

– Məşhur İran şairəsi Füruğ Fərruxzad şeirlərindən birində “Evimə gəlsən əgər sevgilim, mənə bir lampa gətir və balaca bir pəncərə, oradan xoşbəxt küçənin qələbəliyini seyr edim” söyləyir. Mühafizəkar atanın, ərin, cəmiyyətin basqıları altında yaşayıb-yaradan qadının daxili azadlığından doğulurdu bu misralar. Şeirlərinizi oxuduqda sizin də daxilinizdəki azadlıq hayqırtılarının misralara hopduğunu duydum. Deyə bilərsinizmi, bu şairin, qadının, yoxsa sadəcə, insanın azadlığıdır? 

– Böyük şair, böyük ürək sahibi olan Füruğ Fərruxzad şeir yazaraq var olduğunu dövrünün insanlarına çatdıra bilmədi. Onun hayqırtısı hələ də davam edir, əks-sədası dünyanın hər yerində yazan, özünü, var olduğunu bəyan etməyə çalışan bütün insanların, əsasən də qadınların qəlbindən gəlir. Mən Füruğun şeirləri ilə məktəb illərindən tanışam və qadınların əxlaq, adət və mədəniyyət adı ilə necə ayrı-seçkiliyə məruz qaldığını onun böyük nəfəsi ilə dinləmişəm. Şeirləri axar su kimidir. İnsanlığı böyük dənizlərə qovuşmağa çağırır sanki. Qadın və şair olaraq özünü toplumdan ayırmır. Mən də ayırmıram. Üsyankardır, çünki mübariz ruhlu əksər qadınlar kimi dövrünün hadisələrində ön sıralarda addımlayır – Hipatia (İskəndəriyyəli Hipatia – 370-415. Riyaziyyatçı, astronom və filosof olmuşdur – X.N.), Lyuksemburq (Roza Lyuksemburq – 1871-1919. Siyasətçi, filosof, inqilabçı – X.N.), Kamilla Klaudel (1864-1943. Fransız heykəltəraşı, şair və diplomat – X.N.)… yəni bütün azadlıq carçıları olan qadınlar kimi ən yaxınları tərəfindən belə yalnızlığa məhkum edilib. Oxumağa davam et

“Kreyser” adlanan xəyali zirvə – Xatirə Nurgül


TolstoyBu günlərdə L.Tolstoyun “Kreyser sonatası” povestini oxudum.

Əsərdən əldə etdiyim təəssüratları qələmə almaq haqqındakı düşüncələrim dahi yazıçının ruhu qarşısındakı xofa tabe olurdu. Lakin bütün hallarda əsərin qəhrəmanı kimi “haqlı olduğumu düşündüyüm üçün” cəhd etmək qərarına gəldim…

Elə bir gün gəlir ki, dağınıq həyat sürən, guya “sağlamlığının qayğısına qaldığı üçün” eyş-işrəti normal hesab edən Vasili Pozdnışev sevdiyi xanımla ailə qurur. Lakin toydan iki gün sonra ailə dəyərlərinə tabe olmağın nə qədər mənasız olduğu məntiqinə varan ər qadının da onunla oxşar fikirləri bölüşdüyünü anlayır. Beləliklə də ər-arvad arasındakı “soyuq müharibə”nin əsası qoyulmuş olur. Bitmək bilməyən dava-dalaş, fikir ayrılıqları aradakı münasibətin getdikcə uçuruma yaxınlaşmasına gətirib çıxarır. Oxumağa davam et

İosif Brodskinin nitqindən fraqmentlər


İosif Brodskinin 1988-ci ildə Miçiqan universiteti tələbələri qarşısındakı məşhur nitqindən fraqmentlər

1. Lüğətinizi genişləndirməyə və onunla bank hesabınız kimi rəftar etməyə çalışın. Ona daha çox diqqət ayırın və qazancınızı böyütməyə istiqamətlənin. Burada məqsəd sizin öz bəlağətinizi evdə və ya professional uğurlarınız yönündə inkişaf etdirmək (amma əlbəttə ki, bu da mümkündür), ya da kübar ağıllıya çevrilmək deyil. Məqsəd sizə özünüzü daha geniş səpkidə və dəqiq ifadə etmək imkanı yaratmaqdır; bir sözlə məqsəd sizin tarazlığınızdır. Hər gün insan ruhunda bir çox şeylər dəyişir, amma özünüifadə tərzi eyni qalır. Özünü təqdimetmə istedadı təcrübədən qaynaqlanır. Heç bir ad verilməyən, adsız hisslər, rənglər, düşüncələr, mənimsəmə fərd daxilinə hopur, psixoloji partlayış və sınmaya aparıb çıxara bilər. Oxumağa davam et

Ceyms Coys – Evelin


Qız pəncərənin önündə əyləşərək qaranlığın küçəni bürüməsinə tamaşa edirdi. Başını pərdəyə söykəmişdi, burnunda isə toz qoxusu ilişib qalmışdı. O, yorğun idi.

Küçədən ötüb keçən az idi. Döngənin sonundakı evin sakini evinə daxil oldu: qadın onun başmaqlarının sement səkini döyəclədiyini eşitdi, sonra qırmızı binalar boyunca yolları tıqqıldatdı. Bir zamanlar həmin ərazi boşluq idi, onlar axşamlar uşaqlarla  birgə oynayırdılar. Sonralar Belfastdan bir nəfər bu ərazini aldı və orada evlər tikdi, onlarınkı kimi kiçik, qaranlıq daxmalar yox, kərpicdən, qırmızı, parıldayan damları olan böyük evlər… Bütün yerli uşaqlar əvvəllər həmin boş ərazidə oynayırdı – Divaynlar, Uoterslər, Dannlar, balaca əlil Kyou, o özü, qardaşları, bacıları. Düzdür, Ernst oynamırdı: o, artıq böyük idi. Atası həmişə əlində tikanlı çubuq onların ardınca boş ərazi boyu qaçırdı, amma balaca Kyou ətrafa nəzər yetirməyə və atasını çağırmağa imkan tapırdı. Amma o vaxtlar həyat gözəl idi. Ata birtəhər dözürdü, bundan başqa anası sağ idi. Bu, lap çoxdan olub; indi o da, qardaşları da, bacıları da böyüyüb, anası ölüb. Tizzi Dann da ölüb, Uiterslər isə İngiltərəyə qayıdıblar. Hamı dəyişir. Bax, beləcə tezliklə o da başqaları kimi gedəcək, evi tərk edəcək.  Oxumağa davam et